13 fevral 2014 00:11
Özkara əvəzləndi, Sivasspor məğlub oldu
Türkiyə kubokunda “A” qrupunun 6-cı tur oyunları keçirilib. Azerisport.az xəbər verir ki, millimizin hücumçusu Cihan Özkaranın komandası “Sivasspor” səfərdə “Eskişehirspor”a 0:1 hesabı ilə məğlub olub.
Özkara əsas heyətdə meydana çıxıb və 63-cü dəqiqədə əvəzlənib.
Qeyd edək ki, “Sivasspor” 3 xalla qrup sonuncusu olub.
