13 fevral 2014 11:44
Yuri Syomin: Xəzər Lənkəran təhlükəli rəqibdir
“Qəbələ”nin baş məşqçisi Yuri Syomin azerisprt.az saytına açıqlamasında TPL-in 21-ci turu çərçivəsində “Xəzər Lənkəran” a qarşı keçiriləcək oyundan danışıb:
“Xəzər Lənkəran” təhlükəli rəqibdir. Mustafa Dənizlinin rəhbərliyi altında məğlub olmayıblar. Komandada yaxşı ab-hava müşahidə olunur. Bu, “Neftçi”yə qarşı oyunda onlar heç-heçəni son dəqiqələrdə qoparanda görünürdü. Buna rəğmən, biz öz oyunumuza meylli olacağıq”.
