13 fevral 2014 11:33
Ramin Musayev: Məmurlarla deyil, məşqçilərlə görüşmək lazımdır
PFL rəhbəri Ramin Musayev azerisport.az saytına açıqlamasında AFFA baş katibi Elxan Məmmədov, PFL rəhbəri Ramin Musayev və millinin baş məşqçisi Berti Foqtsun TPL klublarının məşqçiləri ilə görüşündə müzakirə edilmiş məsələlərin mövzusundan danışıb:
“Yeddi legioner - bu, artıq dünənki gündür. Növbəti mövsümdən legioner limitini altıya endiririk. Yerli futbolçulara gəlincə, fikrimcə, ən yaxşı sxem 4+1 sxemidir. Mən 1 rəqəmi altında 21 yaşa qədər olan futbolçuları görürəm. Əgər bunlar 1999-ci il təvəllüdlü futbolçular olsa, arxayınlaşacaqlar ki, əsas heyətdədirlər. 1994-cü il təvəllüdlülər isə heyətə düşməyə can atacaqlar. Ümumilikdə görüş maraqlı alındı. Belə ki, bütün məşqçilər limitlə bağlı öz fikirlərini bildirdilər. AFFA İcraiyyə komitəsinin növbəti iclası ərəfəsində yenidən toplaşmaq maraqlı olardı. Hesab edirəm ki, gələcəkdə də komandaların məşqçiləri ilə belə görüşlər keçirmək lazımdır, klub məmurları ilə deyil. Məşqçilər komandalarda baş verən hadisələr haqda daha dəqiq təsəvvürə malikdirlər”.
