13 fevral 2014 11:22
Xəzər Lənkəranda üç itki
Premyer liqanın XXI turu çərçivəsində səfərdə “Qəbələ” klubu ilə qarşılaşacaq “Xəzər Lənkəran” bu gün Qəbələyə yola düşüb. Azerisport.az xəbər verir ki, matç gününə qədər Qəbələdə hazırlıq keçəcək komandada Adrian Pit, Rasim Ramaldanov zədə səbəbindən, Ağabala Ramazanov isə cəzalı olduğundan səfərə aparılmayıb.
Xatırladaq ki, “Qəbələ” - “Xəzər Lənkəran” görüşü şənbə günü baş tutacaq.
(Klub saytı)
