13 fevral 2014 11:11
Güvənc Kurtar Sumqayıtdan danışdı
"Rəvan"ın baş məşqçisi Güvənc Kurtar azerisport.az saytına açıqlamasında Topaz premyer liqasının 21-ci turunda “Sumqayıt”a qarşı keçiriləcək oyundan danışıb: "Sumqayıtın son pillədə olması bizi arxayınlaşdırmamalıdır. Onların oyununu izləmişəm. Heyətdə döyüşkən ruh var. Futbolçular sona qədər mübarizə aparır. Onlarla cəmi 1 xal fərqimiz var. Biz bu görüşə qələbə üçün çıxacayıq. İndiki halda qələbə çox vacibdir. Turnir cədvəlindəki mövqeyimizi yaxşılaşdırmaq lazımdır. İrəli getmək üçün qələbəyə hava-su kimi ehtiyacımız var".
