13 fevral 2014 21:00
Aslan Kərimov Foqtsla birgə işinə davam edəcək
Yeniyetmələrdən ibarət millimizin (U-15) yeni baş məşqçisi Aslan Kərimov azerisport.az saytına açıqlamasında millidə Berti Foqtsun köməkçisi vəzifəsini tərk etməyəcəyini bildirib:
“Biz əsasən, toplanışlar keçəcəyik. Həmçinin, seçmə xarakterli. Belə ki, mənim yeni komandamın qarşıda heç bir əhəmiyyətli yarışı yoxdur. Bu səbəbdən əsas yığmada da işimə davam edəcəyəm”.
