13 fevral 2014 19:30
Böyükağa Hacıyev Tahir Süleymanovun müdafiəsinə qalxdı
"Neftçi" klubunun baş məşqçisi Böyükağa Hacıyev azerisport.az saytına açıqlamasında AFFA İntizam Komitəsinin klubun vitse-prezidenti Tahir Süleymanovla bağlı çıxardığı qərarını qeyri-obyektiv qiymətləndirib:
"Ötən mövsüm bəzi klub rəsmiləri "Neftçi" ilə oyundan sonra ürəkləri istəyəni danışdılar, amma onlar cəzalanmadılar. Tahir Süleymanov isə 20 min manat cərimələndi. Bu bir daha "Neftçi"yə qarşı qərəzli mövqe tutulduğunu göstərir. Tahir Süleymanov bir ilə heç bu qədər pul qazanmır. Onda cəriməni necə ödəyəcək? Bu barədə düşünmək lazım idi. Mən deyərdim, indiki halda, "Neftçi" təklənib. Amma bizim komanda azarkeşlərimizlə birgə sona qədər mübarizəni davam etdirəcəyik".
