13 fevral 2014 19:11
TPL-in 20-ci turunun rəmzi komandası və ən yaxşıları açıqlandı
Topaz Premyer Liqasında 20-ci turun rəmzi komandası və ən yaxşı oyunçusu müəyyənləşib. Azerisport.az xəbər verir ki, InStat Football şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi analitik məlumatlara əsasən ötən turun ən yaxşı 11-liyi aşağıdakı kimidir:
Qapıçı: Lukaş Sapela (“Rəvan”);
Müdafiəçilər: Vanderson Skarduelli (“Xəzər Lənkəran”), Brüs Abdulaye (“İnter”), Bədavi Hüseynov (“Qarabağ”), İlqar Qurbanov (“Qarabağ”);
Yarımmüdafiəçilər: Reynaldo Silva (“Qarabağ”), Riçard Almeyda (“Qarabağ”), Marinaldo Silva (“Qarabağ”), Ağabala Ramazanov (“Xəzər Lənkəran”);
Hücumçular: Vaqif Cavadov (“İnter”), Franka Nildo (“Xəzər Lənkəran”).
Turun ən yaxşı oyunçusu “İnter”in hücumçusu Vaqif Cavadovdur.
(Klub saytı)
