13 fevral 2014 19:00
Neftçi hazırlığını davam etdirir
Topaz Premyer Liqasının 21-ci turunun “Bakı” klubu ilə oyununa hazırlaşan “Neftçi” PFK bu gün növbəti məşqini keçib. Azerisport.az xəbər verir ki, klubun bazasındakı meydançada baş tutan hazırlıq prosesini Azərbaycan milli komandasının məşqçisi Volfqanq Rolf və qapıçılar üzrə məşqçi Uli Ştayn da izləyib.
Onlar “Neftçi” PFK-nın baş məşqçisi Böyükağa Hacıyevlə milliyə namizəd futbolçular haqda söhbət edib, fikir mübadiləsi aparıblar.
(Klub saytı)
