13 fevral 2014 18:00

UEFA üçün ideal variant

Bir qədər əvvəl Rumıniya futbol federasiyasının saytında UEFA-nın AÇ-2016-nın təsnifat mərhələsinin püşkatması zamanı bir neçə amili əsas götürəcəyi barədə məlumat əksini tapıb. Azerisport.az xəbər verir ki, bir sıra ölkələr arasında siyasi münasibətlərlə yanaşı (Azərbaycan və Ermənistan, İspaniya və Cəbəllütariq, Rusiya və Gürcüstan bir qrupda yer ala bilməz) növbəti amillərə də diqqət yetiriləcək:
Riskli iqlimi olan stadionlar
Bu qrupa soyuq iqlimi olan ölkələr daxildir. Soyuq qış ölkələrinin yığmaları noyabr və mart aylarında keçirəcəyi qarşılaşmaları səfərdə keçirəcəklər. Hər qrupda qışı soyuq keçən ölkələrdən üç yığma olacaq. Bu ölkələr iki kateqoriyaya bölünüb: çox soyuq qışın müşahidə edildiyi ölkələr (Finlandiya, Farer adaları, Norveç və Rusiya) və soyuq qış müşahidə edilən ölkələr (Andorra, Belarus, Estoniya, Litva, Latviya, İsveç və Ukrayna);
Nəqliyyat
Təsnifat mərhələsi zamanı çoxsaylı uzunmüddətli uçuşların qarşısını almaq üçün UEFA üç kateqoriya tətbiq edib: Uzunmüddətli uçuşlar (paytaxtlar arasında 8 saatdan çox vaxt alan uçuşlar), qeyri-uzunmüddətli uçuşlar (6-8 saat), qısa müddətli uçuşlar (6 saatdan az). Hər qrupda paytaxtları arasında məsafə əks istiqamət də daxil olmaqla, səkkiz saatdan çox uçuş vaxtı çəkən ən çoxu üç ölkənin komandası olacaq.
Yayım hüququ
İngiltərə, İspaniya, Almaniya, İtaliya və Niderland televiziya hüquqlarının təqsimi ilə əlaqədar olaraq, “A” qrupunda yer ala bilməz. Burada Fransa komandası müsabiqədənkənar yer alıb.
Bu amilləri nəzərə alaraq, Internetdə UEFA üçün AÇ-2016-nın təsnifat mərhələsinin püşkatmasının nəzəri, nisbətən əlverişli nəticələri peyda olub.
Nəticələrə əsasən, Azərbaycan yığması C qrupunda Rusiya, Ukrayna, Türkiyə, Belarus və San-Marino yığmaları ilə bir qrupda yer alıb.
Digər qrupların tərkibi isə belədir:
A Qrupu: Bosniya və Herseqovina, Belçika, Norveç, Uels, Şimali İrlandiya, Fransa (müsabiqədənkənar);
B Qrupu: Yunanıstan, Xorvatiya, İsrail, Bolqarıstan, Kipr, Malta;
D Qrupu: Almaniya, Macarıstan, Rumıniya, Ermənistan, Gürcüstan, Qazaxıstan;
E Qrupu: İngiltərə, İrlandiya, Avstriya, Şotlandiya, İslandiya, Farer adaları;
F Qrupu: Portuqaliya, İsveçrə, Sloveniya, Çernoqoriya, Albaniya, Cəbəllütariq;
G Qrupu: İspaniya, Çexiya, Slovakiya, Latviya, Makedoniya, Andorra;
H Qrupu: İtaliya, Danimarka, Serbiya, Estoniya, Moldova, Lixtenşteyn;
I Qrupu: Hollandiya, İsveç, Polşa, Finlandiya, Litva, Lüksemburq.
Xatırladaq ki, AÇ-2016-nın təsnifat mərhələsinin püşkatma mərasimi fevralın 23-də Fransanın Nis şəhərində keçiriləcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.