13 fevral 2014 16:22
Ruslan Abışovun yeni baş məşqçisi
Millimizin müdafiəçisi Ruslan Abışovun çıxış etdiyi “Rubin” Rusiya çempionatında iştirak üçün Vladimir Maminovu qabaqcadan baş məşqçi, Rinat Bilyaletdinovu isə əsas məşqçi qismində elan edib. Azerisport.az xəbər verir ki, Bilyaletdinov məşqçi qərargahına rəhbərliyi davam etdirəcək.
Bu addımın səbəbi Bilyaletdinovun baş məşqçi səlahiyyəti verən PRO lisenziyasının olmamasıdır ki, klub müvafiq vəzifəyə Maminovu təyin edib.
(Klub saytı)
