13 fevral 2014 16:11
Bakı Barselona ilə qarşılaşa bilər
Mayda Rusiya, Ukrayna, Belarus, İspaniya, Türkiyə və ölkəmizin ən güclü klublarının iştirakı ilə Kiyev-Rus Kuboku start götürür. Azerisport.az xəbər verir ki, yarışda Azərbaycanı “Bakı” təmsil edəcək.
Həmçinin, “Kristal” (Sankt-Peterburq), “Rotor Volqoqrad” (hər ikisi Rusiya), “Kiyev”, “Sevastopol” (hər ikisi Ukrayna), BATE (Belarus), “Barselona” (İspaniya), “Beşiktaş” (Türkiyə) yarışda mübarizə aparacaq.
Turnirə Polşa, BƏƏ və İrandan da maraqlar var.
Kubokun may-iyun mərhələsinin Bakı, Kiyev və Sankt-Peterburqda keçirilməsi nəzərdə tutulub. İştirakçıların son heyəti yazın əvvəlində müəyyənləşəcək.
