13 fevral 2014 15:00
Dinamonun məşqçisi: Abdullayev meydanda istənilən mövqeni qapamağa qadirdir
Barnaul “Dinamo”sunun yeniyetmələrdən ibarət komandasının məşqçisi Sergey Mirqorod yetirməsi Mamed Abdullayevin Azərbaycan millisinə (U-17) çağırışı barədə şərh verib. Azerisport.az xəbər verir ki, Mirqorod klub saytına bunları söyləyib:
“Mamed “Dinamo”nun uşaq-gənclər idman məktəbinin 1998-ci il təvəllüdlü oyunçularının ən yaxşılarındandır. Cəld, inadçı, fiziki cəhətdən güclü müdafiəçidir. Ehtiyac təqdirində meydanda istənilən mövqeni qapaya bilər. Mən zərrəcə şübhə etmirəm ki, milli komandanın heyətində onun üçün hər şey alınacaq”.
