13 fevral 2014 12:55
Ramazanov əvəzedici heyətə göndərildi
“Xəzər Lənkəran” - “Neftçi” görüşündə qırmızı vərəqə ilə cəzalanmış cənubluların futbolçusu Ağabala Ramazanov əvəzedici heyətlə məşq edir. Azerisport.az xəbər verir ki, onun əvəzedici komanda ilə məşq etməsi barədə qərarı baş məşqçi Mustafa Dənizli qəbul edib.
Növbəti 3 turda Ramazanov əvəzedici komandanın heyətində meydana çıxacaq.
Qeyd edək ki, son turda qırmızı vərəqə qalan Ağabala Ramazanov sonradan 3 oyunluq cəza da alıb.
Qeyd edək ki, son turda qırmızı vərəqə qalan Ağabala Ramazanov sonradan 3 oyunluq cəza da alıb.
