13 fevral 2014 12:44
İnter Zaqatalada hazırlaşacaq
Məlum olduğu kimi, sabah Zaqatalada Premyer Liqanın 21-ci turu çərçivəsində “Simurq” - “İnter” qarşılaşması baş tutacaq. Azerisport.az xəbər verir ki, dünən axşam qatarla Zaqatalaya yollanmış “İnter” səhər tezdən matçın keçiriləcəyi ünvana çatıb.
Komanda “Qrata” otelində məskunlaşıb. Bu gün 15.00-da Kaxaber Sxadadzenin yetirmələri Zaqatala Olimpiya Kompleksində məşqə çıxacaqlar.
Qeyd edək ki, “Simurq” - “İnter” matçı fevralın 14-də baş tutacaq. Oyun 15.00-da başlayacaq.
(klub saytı)
