12 fevral 2014 12:47
Rəvan Sumqayıtla oyuna tam heyətlə hazırlaşır
Topaz Premyer Liqasının 21-ci turunda "Rəvan” "Sumqayıt”ın qonağı olacaq. Azerisport.az xəbər verir ki, "aslanlar" bu oyuna hazırlığı davam etdirir.
"Bayıl Arena”da çalışan futbolçular gündə 1 dəfə olmaqla məşq edir. Baş məşqçi Güvənc Kurtarın rəhbərliyi altında keçən hazırlıqlarda komandanın bütün üzvləri iştirak edir. Düşərgədə zədəli futbolçu yoxdu. Mişel Balokoq isə cəzasını başa vurduğundan artıq "Sumqayıt”la qarşılaşmada meydana çıxa biləcək.
Qeyd edək ki, "Sumqayıt” – "Rəvan” oyunu fevralın 15-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun süni örtüklü meydançasında keçiriləcək. Matçın başlama saatı 16:00-dı.