12 fevral 2014 11:31

Rauf Əliyev: Neftçi ilə matçda layiqli oyun sərgiləyib, qalib gəlməliyik

"Bakı"nın hücumçusu Rauf Əliyevin azerisport.az saytına müsahibəsi

- Qarşıda sizi "Neftçi" ilə oyun gözləyir. Son oyunda bu komandaya 3:0 hesabıyla qalib gəlmişdiniz. Bu, sizi arxayınlaşdırmır?
- Xeyr. "Neftçi" həmişə yaxşı oynayıb, çempionluq üçün mübarizə aparb. Bizə çox çətin olacaq. Amma qələbə üçün çalışacağıq.


- "Ağ-qaralar" sizinlə oyuna üç ciddi itki ilə çıxacaq. Bu, yəqin ki, sizin üçün müsbət amildi...
- Deməzdim ki, Karlos Kardoso, Bruno Bertuççi və Mahir Şükürovun yoxluğu "Neftçi" üçün itkidi. Ona görə ki, "Neftçi"də onları layiqincə əvəzləyə biləcək digər futbolçular da var. Hətta bu itkilərə rəğmən, onları zəif adlandırmaq olmaz. Biz sadəcə öz layiqli oyunumuzu sərgiləyib, qalib gəlməliyik.

- Son turda hakimlikdən narazılıq çox oldu. Siz buna necə baxırsız?
- Düzünü deyim ki, hakimləri günahlandırmaq çətindi. Əlbəttə, emosiyalı olanda nəsə demək olar. Amma onlar da insandılar, səhv edə bilərlər. Axı onlar üçün də bu oyunları idarə etmək asan deyil, təzyiq altında olurlar.

- "Simurq" üzərində qələbənizi necə şərh edə bilərsiz?
- Çətin oyun oldu. "Simurq" asan rəqib deyil. Onlarla Zaqatalada oynamaq ümumiyyətlə çətindi. Amma bizim erkən qol vurmağımız işimizə yaradı. Ondan sonra daha çox müdafiə haqda düşünməli olduq.


- Son zamanlar "Bakı" bu komanda ilə səfər oyunlarında uğur qazana bilir. Zaqatalanı sizin üçün düşərli şəhər saymaq olar?
- Deməzdim. Düzdü, biz bu dəfə də üç xal qazandıq. Amma Zaqatalada oynamaq çox çətindi. Fikrimcə, bizim erkən qol vurmaqla bəxtimiz gətirdi.


- Ardıcıl iki oyundu qol vurursuz və artıq hesabınızda 7 top var. Bombardirdən 3 top geri qalırsız...
- Mən də mümkün qədər tez-tez qol vurmaq istəyirəm. Hücumçu kimi əsas işim budu. Son oyunlarda qol vura bildiyim üçün çox şadam. Amma əsas olan bunun davamını gətirməkdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.