12 fevral 2014 11:23

"Qapıçılar ölkə futbolunun səviyyəsinə görə yaxşı təsir bağışladı"

AFFA tərəfindən klublarda çalışan qapıçı məşqçiləri üçün təkmilləşdirmə kursunun “Bakı” Futbol Klubuna aid hissəsinə yekun vurulub. Azerisport.az xəbər verir ki, üç gün müddətində (9-11 fevral aralığında) AFFA-nın qapıçılar üzrə məşqçi-təlimatçısı Viktor Migel Fernandes “Bakı”nın müxtəlif yaş qruplarından dəvət olunan 17 qapıçı və 5 qapıçılar üzrə məşqçisinə məşqlər keçib.

Təlimlərin sonuncu günü məşqdən öncə “Bakı”nın icraçı-direktoru Yaşar Seyidov, əlaqələndirici Murat Yoldaş və məşqçi Məqsəd Yaqubəliyev AFFA-dan olan nümayəndələrlə görüşüb. Onlara asossiasiya ilə klubun qarşılıqlı əməkdaşlığından, bu işbirliyinin futbolumuzun inkişafı üçün faydasından danışılıb. Məlumat verilib ki, müxtəlif yaş qrupları üzrə millilərə ən çox oyunçu verən klublardan biri də məhz “Bakı”dı. Sonra qonaqlara klubun atributlarından ibarət hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkdirilib. Ardından Fernandes “Bakı”nın U-17 komandasının məşqinə yollanıb. Sözügedən hazırlıq klubdan olan məşqçilərin də iştirakı ilə bir saat davam edib.

Sonda kursun yekunları ilə bağlı Fernandes fikirlərini açıqlayıb: “Bakı“ya gəldiyimiz andan bizi çox isti qarşıladılar. Hər cür şərait yaradıldı ki, məşqlərimiz uğurla keçsin. Buna görə klub rəhbərliyinə minnətdarlığımı bildirirəm. Üç gün müddətində klubunuzdakı qapıçılarla tanış olub, onlara təlimlər keçdik. Onlar özlərini bu təlimlərdə çox fəal göstərdilər. Qapıçılar ölkə futbolunun səviyyəsinə görə yaxşı təsir bağışladı”. (Bakı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.