12 fevral 2014 11:08

Millimizin üzvləri Bakcelldə

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə birlikdə fevralın 10-da Bakcell abunəçiləri üçün xoş sürpriz etdi. Azerisport.az xəbər verir ki, Azərbaycan milli futbol komandasının hücumçusu Vaqif Cavadov və müdafiəçisi Mahir Şükürov Bakcell şirkətinin Məlumat Mərkəzinə gələrək abunəçilər tərəfindən 555 qısa nömrəsinə edilən zəngləri cavablandırdılar.

Əvvəlcə qonaqlar peşəkar operatorlar tərəfindən abunəçi müracitələrinə baxılması prosesi ilə tanış oldular, kiçik bir təlim keçdikdən sonra isə özlərini operator vəzifəsində sınadılar və bir neçə zəngi cavablandırdılar.

“Məlumat Mərkəzinin necə işlədiyini canlı şəkildə görmək çox maraqlı idi. Özüm operator kimi işlədim və abunəçilərlə danışdım. Gün ərzində müxtəlif insanlarla o qədər danışmaq asan iş deyilmiş. Amma mən də burada işləməyi bacarardım, çünki çox mehriban kollektiv var ona görə vaxtın necə keçdiyini hiss etmirsən”, deyə millimizin oyunçusu Mahir Şükürov bildirib.

Vaqif Cavadov: “Mən özüm də məlumat almaq üçün 1-2 dəfə Bakcell Məlumat Mərkəzində zəng etmişəm. Düşünürdüm ki, operatorların işi asandır, oturub telefonla danışırlar. Özümü operator vəzifəsində sınadım. Zənglərin idarə olunması və bütün sualları cavablandırmaq elə də asan deyilmiş. Hər xasiyyətdə insan zəng edə bilər. Hətta boş vaxtını sərf etmək üçün zəng edib aidiyyatı olmayan suallar verən də olur. Burada çalışan operatorlar çox təmkinli və peşəkardılar. Onlara uğurlar arzu edirəm”.
Fevralın 10-da Məlumat Mərkəzinə zəng edən şanslı abunəçilər millimizin oyunçuları ilə danışmaq, eyni zamanda hədiyyə qazanmaq şansı da əldə etdilər.

Qeyd edək ki, Bakcell şirkəti futbol üzrə Azərbaycan milli komandasının sponsorudur.  

Bakcell haqqında
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidməti göstərir.

Uzunmüddətli tərəfdaşlıq müqaviləsi çərçivəsində Bakcell şirkəti bütün MDB məkanında “Mançester Yunayted”in ilk rəsmi telekommunikasiya və yayım partnyoru olaraq Azərbaycandakı futbol həvəskarlarına və xüsusilə, Mançester Yunayted azarkeşlərinə geniş çeşidli xüsusi və eksklüziv məzmun təqdim edir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell-in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.