12 fevral 2014 20:33
Elxan Məmmədov: Məşqçilərin bütün variantları İK üzvlərinə təqdim ediləcək
AFFA baş katibi Elxan Məmmədov azerisport.az saytına açıqlamasında millinin baş məşqçisi Berti Foqts, PFL rəhbəri Ramin Musayev və klub məşqçiləri ilə keçirilmiş görüşdə müzakirə edilmiş məsələlər haqda danışıb:
“Bildiyiniz kimi, AFFA İcraiyyə komitəsinin son iclasında növbəti sxem üzrə limitin tətbiq edilməsi qərara alınıb: 6 (legioner) + 3 (yerli futbolçu) + 2 (21 yaşına çatmamış futbolçu). Bu limit 2014/15-ci illər mövsümündə tətbiq olunacaq. Ancaq bəzi məşqçilər mən və Berti Foqtsla görüşdə bu limit barədə öz ideyalarını bildirdilər. Buna görə də biz TPL klublarının məşqçiləri ilə görüş təşkil etməyə qərar verdik ki, onların fikirlərini öyrənək. Çox şadam ki, görüş səmərəli keçdi. Məşqçilər öz fikirlərini bildirdilər. Bu variantlar martın 7-də keçiriləcək iclasda İcraiyyə komitəsinin üzvlərinə çatdırılacaq. Fevralın sonunda daha bir görüş keçirəcəyimiz istisna edilmir. Qurban Qurbanov və Mustafa Dənizlinin AFFA İcraiyyə komitəsinin iclasında iştirakına gəlincə, düşünürəm ki, bu, tamamilə normaldır ki, məşqçilər öz ideyalarını Assosiasiyanın İcraiyyə Komitəsinə bildirirlər. Son söz İcraiyyə komitəsinindir”.
