12 fevral 2014 20:20
"Mənə dedilər ki, ailəmlə birgə Bakıda Yelisey çöllərindən daha təhlükəsiz olacağam"
24 yaşlı fransız legioner Yohan Bokonyano azerisport.az saytına müsahibəsində “İnter”ə keçidi və Bakı haqda danışıb:
“Ayaçço”nun idman direktoru Frederik Arpinon mənim komandada qalmağımı istəyirdi. Ancaq mən xoşbəxtliyi xaricdə axtarmağa qərara verdim. Agentlərimin sayəsində mən “İnter”ə ödənişsiz keçdim. Klubun toplanışında oldum. Üç oyun oynadım və komandanın məşqçisi mənə müqavilə imzalamağı təklif etdi. Mənim karyeram ərzində bir məşqçim vardı - Jan-Mişel Kavalli. O, məni yaxşı başa düşürdü.
İndi mən başqa ölkədəyəm. Burada başqa mədəniyyət və oyun üslubu var. Məni Fransaya qayıtmağım narahat edir. Ancaq, əgər karyeramı xaricdə davam etdirə bilirəmsə, bu, yaxşıdır. əmn həqiqətə burada çempionatın yaxşı səviyyədə olacağını gözləmirdim. Bakı böyük şəhər, balaca Dubay, ölkənin paytaxtıdır.
Stadionlar dolu deyil, ancaq gözəldir. Mənim klubumda iki həkim, iki fizioterapevt, iki masajçı və müxtəlif məşqçilər var. Komanda Avropa Liqasına düşməyə iddialıdır. Orada oynamağa ümid edir. Fasilədən sonra biz hər iki oyunda qələbə qazansaq da, qarşıda 16 tur var. Düşünürəm ki, avrokuboklara düşə bilərik. Komandamız oyun ərzində təşəbbüsə 60% yiyələnir. Topu saxlaya bilən oyunçular var.
“Mets”in sabiq oyunçusu Brüs Abdulayenin burada olması, mənə uyğunlaşmağa kömək etdi. Məşqçi göstərişlər verəndə, mənə çox şeyi izah edib. Bəzən o, rusca danışır. Belə olan halda, mən başa düşmürəm (gülür). Mən ingiliscə danışmıram. Hələlik evimə köçməmişəm. Mehmanxanada yaşayıram. Azərbaycan haqda eşidəndə, düşünürdük ki, müharibə gedir. Ancaq bu, belə deyil. Mənə dedilər ki, ailəmlə birgə Bakıda Yelisey çöllərindən daha təhlükəsiz olacağam. Mən həmçinin, - Jan-Mişel Kavalliyə məsləhət üçün müraciət etmişəm”, deyə Bokonyano “Frans futbol”a bildirib.
