12 fevral 2014 19:22
"Mənə Azərbaycan millisində özümü göstərməyə ikinci dəfə şans verildiyi üçün, şadam"
Rusiyanın “Dinamo Barnaul” klubunun futbolçusu Mamed Abdullayev yeniyetmələrdən ibarət (U-17) Azərbaycan yığmasının təlim-məşq toplanışına dəvət alıb. Azerisport.az xəbər verir ki, toplanış 15-27 fevral tarixləri aralığında keçiriləcək.
Abdullayev ötən ilin əvvəlində U-16 yığmasının Bakıda keçirilmiş təlim-məşq toplanışında iştirak edib:
“Mən çox şadam ki, mənə təlim-məşq toplanışında iştirak etməyə və Azərbaycan yeniyetmələr yığmasında özümü göstərməyə ikinci şans verilib. Ümid edirəm ki, bu səfər mənim üçün uğurlu olacaq. Qarşımda məqsəd qoyuram: özümün bütün potensialı və bacarığını göstərmək, 100% can qoymaq və məni tərbiyə etmiş öz klubumun şərəfini biabır etməmək”, deyə Abdullayev altapress.ru saytına bildirib.
