12 fevral 2014 18:15
Denis Silva: Lənkərandakı xal itkisini Bakı ilə oyunda unutduracağıq
"Neftçi"nin müdafiəçisi Denis Silvanın azerisport.az saytına müsahibəsi
- "Xəzər Lənkəran"la oyun nə ilə yadda qaldı?
- İlk növbədə bərbad hakimliklə. Xüsusilə də, meydan sahiblərinin ikinci qolu vurduğu epizod zamanı. Həmin epizodda ümumiyyətlə künc zərbəsi təyin olunmamalı idi.
- Deməli, komandanızın oyunundan razısız? Rəhim Həsənov olmasaydı, "Neftçi" qələbə qazana bilərdi?
- Bəli. Biz rəqibdən daha güclüydük və qələbəyə qazanmağa layiq idik. Hakim bizim qələbəmizi əlimizdən aldı.
- Bəs rəqib futbolçu Ağabala Ramazanovla oyunçularınız arasında baş verənlərə münasibətiniz necədi?
- Niyə gənc futbolçu bizim oyunçuları təxribata çəkirdi ki? Komandan qol vurdu, get sevin. Daha qeyri-etik hərəkət etməyinə nə ehtiyac var ki? Şübhəsiz ki, futbolçularımızın öz əsəblərini cilovlaya bilməməsinə görə məyusuq. Amma onlar da sadəcə, təxribatçını cəzalandırmaq istəyirdi.
- İstənilən halda Bruno Bertuççi və Karlos Kardoso həmin epizoda görə aldığı qırmızı vərəqəyə görə dörd oyunluq cəzalandılar...
- Mahir Şükürov kimi, onların da yoxluğu "Neftçi" üçün itkidi.
- Bu itkilər qarşıdakı "Bakı", "İnter" və "Qarabağ"la oyunlarda sözünü deməyəcək ki?
- Şübhəsiz ki, onlarsız çətin olacaq. Bizi çətin oyunlar gözləyir. Amma onlarsız da olsa, oynamalıyıq.
- Növbəti turda "Bakı" ilə prinsipial oyuna çıxacaqsız...
- İstənilən halda, biz Lənkərandakı xal itkisini unutdurmağa çalışacağıq. Rəqib sıradan komanda deyil. Son zamanlar yaxşı futbol sərgiləyirlər. Amma bu, bizim xal itirməyimizə səbəb ola bilməz. "Bakı"nı məğlub etməyimiz lazımdı.