12 fevral 2014 16:19
ATFF İcraiyyə Komitəsinin iclası keçirildi
Azərbaycan Tələbə Futbol Federasiyasının (ATFF) İcraiyyə Komitəsinin iclası keçirilib. Azerisport.az xəbər verir ki, iclasda oncə federasiyanın yeni baş katibi Əfqan Həmzəyev və mətbuat xidmətinin rəhbəri İlkin Aslanov toplantı iştirakçılarına təqdim olunub.
Uzun sürən müzakirələrdən sonra yeni qərarlar qəbul olunub. Həmin qərarlar aşağıdakılardı:
1. Təhsil Nazirliyi ilə birılikdə “Təhsil Kuboku” keçirilsin. Bununla bağlı memorandum imzalansın.
2. Tələbələr arasında milli komanda yaradılsın. Yığma komandanın Avropa və dünya çempionatlarında iştirakı təmin edilsin.
3. ATFF-nin əsasnaməsində dəyişiklik edilsin. Tələbələr arasında keçirilən futbol çempionatının adı dəyişdirilərək “Təhsil Kuboku” olsun. İlk 4 yeri tutan komandaların beynəlxalq miqyaslı yarışlarda iştirak etməsi federasiya tərəfindən təşkil edilsin.