12 fevral 2014 14:18

Sadio Tounkara: Daha güclü çempionatda oynamaq istəyirəm

"Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Sadio Tounkara cənub klubuna keçidindən, çempionatımızın səviyyəsindən, eləcə də Fransa klublarının ona olan marağından danışıb. Azerisport.az sizi həmin fikirlərlə tanış edir.

"Mən futbol oynamağa Malidə başlamışam. 12-15 yaşlılardan ibarət komandalarda top qovduqdan sonra ikinci divizion klubuna keçdim. Bu minvalla sonradan birinci divizionda da təxminən iki mövsüm çıxış etdim. İkinci mövsümün başa çatmasına az qalmış məni "Xəzər Lənkəran"ın məşqçiləri tapdı. Dəvət etdilər, gəldim. O vaxtdan buradayam".

Azərbaycan Premyer Liqasından danışarkən malili futbolçu bunları qeyd edib: "Azərbaycan çempionatını Avropanın orta səviyyəli çempionatlarından biri hesab edirəm. Mən məhz bu komanda ilə avrokuboklarda çıxış etmək şansı qazandım. Polşa "Lex"inə, İsrail klublarına qarşı mübarizə aparmaq şansımız olub. Bu, çox faydalı təcrübə idi".

22 yaşlı oyunçu daha güclü çempionatlarda oynamaq arzusunu gizlətməyib: "Mən daha güclü çempionatda oynamaq istəyirəm. Məsələn, Fransa və ya İspaniyada oynamaq istərdim ki, futbolçu kimi daha da inkişaf edim. Əlbəttə, Fransa çempionatında da oynamaq istəyirəm".

"Foot Mercato"nun yaydığı xəbərə görə, Tounkara ilə "Loryan", "Nitsa" və "Troya" klubları maraqlanır. Lakin futbolçu özü bu xəbərləri təsdiqləməyib: "Mən bunlardan xəbərsizəm. Yaxşı texnikam və sürətim var. Daha çox sağ cinahda oynamağı xoşlayıram. Amma 10 nömrə kimi də çıxış edə bilərəm".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.