11 fevral 2014 19:55
Erat 90 dəqiqə oynadı
Almaniya İkinci Bundesliqasında 20-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, futbol üzrə gənclər millimizin oyunçusu Tuqrul Eratın komandası Düsseldorf “Fortuna”sı səfərdə “Münhen 1860”la qarşılaşıb və oyun 1:1 hesabı ilə nəticələnib.
Erat 90 dəqiqə meydanda mübarizə aparıb.
Hazırda “Fortuna” 26 xalla 10-cu pillədə qərarlaşıb.
