12 fevral 2014 13:20
Barbikoni: Hafiz Məmmədov istəyir ki...
"Bakı"nın sabiq müdafiəçisi Stefan Barbikoni Fransanın "Lans" klubunun sahibi Hafiz Məmmədovla bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Fransa mətbuatına müsahibəsində bunları söyləyib:
"O, bu kluba sakitcə 40 milyon avro yatıra bilər. Onun üçün futbolçuların maaşını vermək problem deyil. Vaxtının çox hissəsini Moskva, Bakı, Dubay, London şəhərləri arasında keçirir, öz şirkətlərinə nəzarət edir. Hafiz Məmmədov istəyir ki, onun ölkəsindən bütün dünyada danışsınlar. Futbolçuların formasına da diqqət yetirsəz, bunun şahidi olarsız. O, öz şirkəti olan "Baghlan Group"un əvəzində "Azerbaijan. Land of Fire" şüarına üstünlük verib".