11 fevral 2014 00:33
Böyükağa Hacıyev: Lənkəran da, Bakı da Azərbaycandır
"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev azerisport.az saytına açıqlamasında “Böyük oyun”la bağlı fikirlərinin düzgün şərh olunmasını tələb edib:
"Mən oyundan sonra naxçıvanlılarla lənkəranlılardan danışmışam. Bu fikrimin başqa tərəfə yozulmasının əleyhinəyəm. Hər zaman demişəm, yenə təkrar edirəm. Şəki, istər Zaqatala, Lənkəran və ya Bakı - bütün bunlar Azərbaycandır. Lənkəranda olduğum zaman da Vətənimin torpağında dayanmışam. Bütün klublarımız Avropada Azərbaycanı təmsil edir. Biz heç vaxt ölkəmizi ayrı-ayrı regionlara bölməmişik".
