11 fevral 2014 00:22
Azərbaycan 42-ci pillədə
Çimərlik futbolu üzrə Azərbaycan yığması milli komandaların reytinq cədvəlində 42-ci pillədə qərarlaşıb. Azerisport.az xəbər verir ki, komandamızın hesabında 278 xal var.
Reytinqə 5144 xalla Rusiya başçılıq edir. Braziliya (3918) və İspaniya (2942) müvafiq olaraq ikinci və üçüncü pillədə qərarlaşıb.
