11 fevral 2014 11:33
Özkaranın komandası Fənərbaxçanı məğlub etdi
Türkiyədə Superliqanın 20-ci tur oyunları keçirilib. Azerisport.az xəbər verir ki, millimizin hücumçusu Cihan Özkaranın şərəfini qoruduğu “Sivasspor” öz meydanında çempionatın lideri “Fənərbaxça”nı qəbul edib və 2:0 hesabı ilə qalib gəlib.
Özkara oyunu ehtiyat oyunçular skamyasından izləyib.
Hazırda “Sivasspor” 35 calla 4-cü pillədə qərarlaşıb.
