11 fevral 2014 11:22
Trabzonsporun prezidenti Mustafa Dənizliyə təklif etməyə hazırlaşır
Türkiyənin “Trabzonspor” klubunun prezidenti İbrahim Hacıosmanoğlu “Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli ilə görüşməyə hazırlaşdığını bildirib. Azerisport.az xəbər verir ki, görüş bu gün baş tutmalıdır.
Klub rəhbərliyi hesab edir ki, komandanı çətin vəziyyətdən yalnız Mustafa Dənizli çıxara bilər.
Xatırladaq ki, Superliqanın 20-ci turundan sonra “Trabzonspor” yarış cədvəlində 29 xalla 9-cu pillədə qərarlaşıb.
(Kuzeyekspres)
