11 fevral 2014 11:00

Tuyqun Nadirov: Mahir hərəkəti ilə həm milliyə, həm də onun baş məşqçisinə hörmətsizlik etdi

“Xəzər Lənkəran” klubunun prezidenti Tuyqun Nadirov azerisport.az saytına müsahibəsində “Neftçi” ilə oyundan, hakimlikdən, eyni zamanda Mahir Şükürovun ədəbsiz hərəkətindən danışıb.

- İlk öncə “Xəzər Lənkəran”ın oyunu barədə fikrinizi bilmək istərdik...
- Dumanlı havada oynamaq müəyyən çətinliklər törətdi. Bununla belə, düşünürəm ki, maraqlı oyun izlədik. “Xəzər Lənkəran” ilk hissədə müəyyən qədər öz oyununu göstərə bilmədi. Təhlükəli vəziyyətlər yaratsaq da hücumu davam etdirməkdə çətinlik çəkirdik. Güclü azarkeş dəstəyi həm də məsuliyyətdir. İlk dəqiqələr həyəcanlı alındı. Son dəqiqələrdə gözəl oyunla hesabı bərabərləşdirdik. 6 dəqiqəyə 2 qol vurmaqla gücümüzü göstərdik. 

- Bu heç-heçə daha çox hansı komandanın xeyrinə oldu?
- Komandaların oyunu sübut etdi ki, favorit yoxdur. Hər iki komanda bərabər səviyyəli mübarizə sərglədi. 6 dəqiqəyə 2 qol vurmağımız komandanın düzgün yolda olduğunu göstərdi. Transferlərimizin doğru olması təsdiqləndi. Baş məşqçinin əvəzetmələri oyunumuzu daha da canlandırdı və yekunda görüşdə dönüş etdi. Klubun tarixində az hallarda belə olub. 2 top geridə olduğumuz matçda 6 dəqiqəyə 2 qol vuraraq bərabərliyə nail olduq. Bu nəticədə baş məşqçi Mustafa Dənizlinin böyük rolu var. 

- Hakimlik barədə nə deyə bilərsiniz? “Neftçi” tərəfi hakimlikdən narazı qalıb...
- Hakimlik normal oldu. Ciddi səhvlər olmadı. Hiss olunurdu ki, hakimlər briqadası görüşə hazırlaşıb və 90 dəqiqəni yaxşı idarə etməyə qadirdir. İdarəçilik normal idi. Heç bir iradımız yoxdur. Fikrimcə qərarların çoxu yerində verilən olmaqla yanaşı həm də düzgün idi. Sadəcə, Ağabalanın qırmızı alması bir qədər anlaşılmaz yaratdı. Çünki, həmin epizodda o heç bir qayda pozuntusu etməyib. Yəqin havanın dumanlı olması Ramazanovun qırmızı vərəqə almasına səbəb olub. Ola bilər, hakim həmin anı düzgün qiymətləndirməyib. Ağabala ilə bağlı Apelyasiya Komitəsinə müraciət olunacaq.

- Oyunda azarkeşlər Mahir Şükürova qarşı qeyri-etik ifadələr işlətdi...
- Futbolçu danışanda bilməlidir nə deyir. Mahir Şükürov hər gün müsahibə verəndə istədiyini danışır. Amma düşünüb danışmaq lazımdır. O, bilməlidir ki, mətbuata nə gəldi danışmaqla iş bitmir. Sabah oyunda 15 min azarkeşin qarşısına çıxır. Futbolçu öz sözləri ilə azarkeşləri bu həddə çatdırır. İnsan gərək danışanda düşünsün nə deyir. İstənilən klubun azarkeşləri hörmətə layiqdir. 

- Mahirin ədəbsiz hərəkətinə nə qiymət verirsiniz?
- Klub rəsmisi kimi bu barədə danışmaq istəmirəm. Futbolçunun tərbiyəsiz hərəkətinə şərh verməyəcəyəm. Sadəcə olaraq, Mahir həmin hərəkəti ilə təkcə “Neftçi” deyil, həm də şərəfini qoruduğu Azərbaycan millisinə hörmətsizlik etdi. Bu futbolçu həm də yığmanın şərəfini qoruyur. Stadionda oyunu izləyən baş məşqçi Berti Foqtsa qarşı hörmətsizlik etdi. Özü də bu hərəkəti Mahiri Mahir edən klubun azarkeşlərinə qarşı göstərdi.

- Gələcəkdə rəqib azarkeşlərə qoyulan qadağanın götürülməsi müzakirə oluna bilərmi?
- Futbol azarkeşlər üçün oynanılır. Lakin bu gün bu qərar qəbul olunubsa, deməli icra olunmalıdır. Təhlükəsizlik baxımından rəqib azarkeşlərin səfər matçlarında olmaması məqsədəuyğun sayılıb. Belə halda problem olmur. “Xəzər Lənkəran” azarkeşləri tərəfindən intizamsızlıq yoxdur. 2:2 hesabı ilə başa çatan oyundan sonra da heç bir insident yaşanmadı. Klubumuz “Neftçi” rəhbərliyini və komandasını tam təhlükəsizliklə yola saldıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.