11 fevral 2014 18:55
U-16 təlim məşq toplanışını İspaniyada keçəcək
Fevralın 19-dan martın 3-dək İspaniyanın paytaxtı Madriddə 1999-cu il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı keçiriləcək. Azerisport.az xəbər verir ki, bu yaş qrupuna aid olan yığmamız 2016-cı ildə Bakıda təşkil olunacaq 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsində mübarizə aparacaq.
Toplanışa dəvət olunacaq futbolçuların siyahısı saytımızda yerləşdiriləcək.
(AFFA)
