11 fevral 2014 16:11
Tahir Süleymanov: Mənim cəzalanmağım Azərbaycan futboluna futbol adamlarının lazım olmadığını göstərir
“Neftçi”nin vitse-prezidenti Tahir Süleymanov azerisport.az saytına açıqlamasında AFFA İK-nın haqqında çıxardığı qərara münasibətini bildirib:
“AFFA İK-nin son iclası “Neftçi”yə qarşı kompaniyanın başladığın göstərir. Mənə nə üçün Bertuççi və Kardosonun dörd, Ramazanovun üç oyun cəzalanması maraqlıdır. Bertuççi ümumiyyətlə, heç nə etməyib. Şükürov qeyri-etik davranışa görə üç oyunluq cəzalansa da, heç kim onun oyun boyu təhqir olunduğuna diqqət yetirmədi. Bu məsələlərlə əlaqədar biz Apelyasiya komitəsinə müraciət edəcəyik. Rəhim Həsənovun oyunu yüksək səviyyədə idarə etdiyi bildirilir. Beynəlxalq dərəcəli hakim kimi mən bunun əksini hamıya sübut etməyə hazıram. Mənim cəzalanmağım Azərbaycan futboluna futbol adamlarının lazım olmadığını göstərir. Bilsinlər ki, məni kimsə susdura bilməz. Bu cəzanın arxasında çox adamlar dayanır. Əgər mən komandaya xeyir gətirmirəmsə, hər an getməyə hazıram”.
