11 fevral 2014 15:33
Sumqayıt məşqlərə başladı, Vurğun Hüseynov sıraya döndü
“Sumqayıt” TPL-in 21-ci turunda üzləşəcəyi “Rəvan”a qarşı hazırlığı davam etdirir. Azerisport.az klub saytına istinadən xəbər verir ki, komanda bu gün Sumqayıtda səhər məşqinə çıxıb.
Zədədən yenicə bərpa olmuş müdafiəçi Vurğun Hüseynov da artıq məşqlərə başlayıb. Bununla belə, yüngül zədəsi olan yarımmüdafiəçi Aleksandr Çertoqanov fərdi məşqlərlə kifayətlənib.
Komanda növbəti məşqinə 16:00-da çıxacaq.
Qeyd edək ki, "Sumqayıt" - "Rəvan" oyunu fevralın 15-də 16:00-da Sumqayıtda keçiriləcək.
