11 fevral 2014 15:22
Birinci divizionda cəza dalğası
AFFA İntizam Komitəsi futbol üzrə Birinci divizionun 16-cı turu ərzində baş vermiş qayda pozuntuları və intizamsızlıqla bağlı cərimələr və sanksiyalar tətbiq edib. Azerisport.az qərarları diqqətinizə çatdırır:
7 fevral 2014-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun XVI “Energetik” - “Qaradağ Lökbatan” matçında hər iki klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klublar 100 manat cərimə olunub.
8 fevral 2014-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun XVI “Şahdağ” - “Göyəzən” matçında “Şahdağ” klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
8 fevral 2014-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun XVI “Şüşa” - “Turan-T” matçında “Şuşa” klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
Oyunun 87-ci dəqiqəsində “Şuşa” klubunun 20 №-li futbolçusu Məhəmməd Xəlilov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunub.
Matçın 90+1-ci dəqiqəsində “Şuşa” klubunun baş məşqçisi Nadir Qasımov hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 5 oyunluq cəzalanır, klub 500 manat cərimə olunub.
9 fevral 2014-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun XVI MOİK - “Şəmkir” matçında “Şəmkir” klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
Matçın 82-ci dəqiqəsində MOİK klubunun baş məşqçisi Namiq Adilov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunub.
Oyunun 90+2-ci dəqiqəsində MOİK klubunun 14 №-li futbolçusu Cavid Həziyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunub.
9 fevral 2014-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun XVI “Bakılı” - “Araz-Naxçıvan” matçında “Bakılı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
9 fevral 2014-cü il, 2013/2014 mövsümündə, Azərbaycan I divizionun XVI “Ağsu” - “Neftçala” matçında “Neftçala” klubunun 6, “Ağsu” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 100 manat cərimə olunub.
(PFL)
