11 fevral 2014 15:15
AZAL-ın inadkarlığı hakimləri cəzalandırdı
AZAL klubu PFL-ə mürəciət edərək Topaz Premyer Liqasının XVI turunun AZAL - “Rəvan” matçınının 90+2-ci dəqiqəsində AZAL klubunun 2 №-li futbolçusu Xuan Fransiskoya göstərilmiş sarı vərəqənin səhvən matçın protokolunda AZAL klubunun 15 №-li futbolçusu Oskars Klavanın adına qeyd edildiyini bildirib. Azerisport.az xəbər verir ki, İntizam Komitəsi matçın videoyazısını izlədikdən sonra həqiqətən də oyunun 90+2-ci dəqiqəsində hakimin AZAL klubunun 2 №-li futbolçusu Xuan Fransiskonu sarı vərəqə ilə cəzalandırıldığı aşkar edib.
Yuxarıda göstərilənləri nəzərə alaraq İntizam Komitəsi aşağıdakı qərarı qəbul edib:
AZAL - “Rəvan” matçınının protokolunda AZAL klubunun futbolçusu Oskars Klavaya yazılmış sarı vərəqə onun adından silinsin və klubun digər futbolçusu Xuan Fransiskonun adına əlavə edilsin.
Bu hadisə ilə bağlı Hakimlər Komitəsi matçın hakimləri haqqında lazımi ölçü götürüb İntizam Komitəsinə məlumat versin.
(PFL)
