11 fevral 2014 15:11
Əvəzedicilər də cəzasını aldı
AFFA İntizam Komitəsi TPL-in əvəzedici heyətləri arasında keçirilən birincilikdə 20-ci tur ərzində baş vermiş qayda pozuntuları və intizamsızlıqla bağlı cərimələr və sanksiyalar tətbiq edib. Azerisport.az qərarları diqqətinizə çatdırır:
7 fevral 2014-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XX turunun “Rəvan” - “İnter” matçında “İnter” klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
7 fevral 2014-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XX turunun “Qəbələ” - “Qarabağ” matçında “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
8 fevral 2014-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XX turunun “Simurq” - “Bakı” matçında “Bakı” klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
Oyunun 76-cı dəqiqəsində “Bakı” klubunun 38 №-li futbolçusu Tural Qürbətov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunub.
(PFL)
