11 fevral 2014 15:00

İntizam Komitəsi Neftçini "topa" tutdu

AFFA İntizam Komitəsi TPL-in 20-ci turu ərzində baş vermiş qayda pozuntuları və intizamsızlıqla bağlı cərimələr və sanksiyalar tətbiq edib. Azerisport.az qərarları diqqətinizə çatdırır:
8 fevral 2014-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasının XX turunun AZAL - “Sumqayıt” matçında AZAL klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
8 fevral 2014-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasının XX turunun “Qəbələ” - “Qarabağ” matçında “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Oyunun 80-ci dəqiqəsində “Qəbələ” klubunun azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub.
8 fevral 2014-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasının XX turunun “Rəvan” - “İnter” matçında hər iki klubun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Oyunun 44-cü dəqiqəsində “Rəvan” klubunun 19 №-li futbolçusu Hüseyn Axundov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunub.
8 fevral 2014-cü il, 2013/2014 mövsümündə, XXII Topaz Premyer Liqasının XX turunun “Xəzər Lənkəran” - “Neftçi” matçının 77-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub.
Oyunun 89-cu dəqiqəsində “Neftçi” klubunun 4 №-li futbolçusu Tərlan Quliyev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunub.
Oyunun 90+4-cü dəqiqəsində “Neftçi” klubunun 2 №-li futbolçusu Karlos Kardoso aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 4000 manat cərimə olunub.
Oyunun 90+4-cü dəqiqəsində “Neftçi” klubunun 16 №-li futbolçusu Bruno Bertuççi aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır, klub 4000 manat cərimə olunub.
Oyunun 90+4-cü dəqiqəsində “Xəzər Lənkəran” klubunun 55 №-li futbolçusu Ağabala Ramazanov rəqibə qarşı təhqiredici jestə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunub.
Oyunda “Neftçi” klubunun 22-li futbolçusu Mahir Şükürov azarkeşlərə təhqiredici jest göstərdiyinə görə 3 oyunluq cəzalanır, klub 2000 manat cərimə olunub.
Oyundan sonra “Neftçi” klubunun futbolçuları dəhlizdə stadionun bir neçə inventarını sındırmışdır. Bu səbəbdən stadion rəhbərliyinin təqdim edəcəyi hesab əsasında “Neftçi” klubu ödəmə etsin.
“Neftçi” klubunun vitse-prezidenti Tahir Süleymanov KİV-də AFFA əməkdaşlarının (FIFA hakimi Əliyar Ağayev və FIFA hakimi Rəhim Həsənov) şərəf və ləyaqətinə xələl gətirən müsahibə verdiyinə görə adıçəkilən şəxs 10 oyunluq cəzalanır, klub 20000 manat cərimə olunur. Verilmiş cəza adıçəkilən şəxsin mövcud cəzasının üzərinə əlavə edilib.
(PFL)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.