11 fevral 2014 14:33

Cavid Hüseynov: Neftçi Bakıdan güclü deyil

"Bakı" klubunun futbolçusu Cavid Hüseynov azerisport.az saytına müsahibəsində “Simurq” üzərində qələbədən, “Neftçi” ilə oyundan və paytaxt derbisində qələbə qazanmaq istəklərindən danışıb:

- “Simurq”la oyunda komandanız çətinliklə qələbə qazandı. Bunun səbəbi nə idi?
- İlk olaraq, rəqibin güclü komanda olması qeyd olunmalıdır. “Simurq”la səfərdə oynamaq asan deyil. Üstəlik, qazonun vəziyyəti nəzərə alınmalıdır. Orada süni örtüklü meydançadır. Yeni salındığından topun hərəkətində problem olurdu. Bəzən zərbə zamanı top düz getmirdi, istiqamətini dəyişirdi. Bununla belə, bizim üçün vacib olan qələbəni qazandıq. İndiki halda xal itkisi hər bir komanda üçün faciə sayılır. 

- Növbəti rəqibiniz daha güclü sayılan “Neftçi” olacaq...
- “Neftçi”dən 5 xal geri qalırıq. Bu oyunun önəmini artırır. Rəqib haqda danışmağa ehtiyac yoxdur. “Neftçi” Azərbaycanın iki-üç ən güclü klubundan biridir. Yaxşı heyətləri var. Futbolçular bir neçə ildir ki, birgə oynayırlar. Bakı klubu da zəif deyil. Heç kimdən çəkinmirik. Paytaxt derbisinə qələbə üçün çıxacağıq. 

- “Xəzər Lənkəran”la oyunda “Neftçi”nin iki əsas futbolçusu qırmızı vərəqə aldı. Onların oynamaması Bakının xeyrinədir?
- Bertuççi və Kardoso yaxşı futbolçulardı. Sadəcə, onların oynamaması itki sayılmamalıdır. Çünki, “Neftçi”də onları əvəz edən futbolçular var. Özümüzü arxayınlaşdırmamalıyıq. “Neftçi” istənilən zaman “Neftçi”dir. Ən çətin zamanda belə, toparlanaraq rəqibə ağır zərbə endirə bilər. Oyuna ciddi hazırlaşacağıq. “Neftçi” ilə oyunda hər bir hücuma layiqli cavab verməyə qadirik.

- Böyük oyunda “Neftçi” 2 xal itirdi. Sizinlə oyuna bir qədər aqressiv çıxa bilər...
- Böyük oyuna baxmaq imkanımız olmadı. Çünki, həmin vaxt Zaqataladan Bakıya qayıdırdıq. “Neftçi” “Bakı”dan güclü deyil. Biz avrokuboklara vəsiqə qazanmaq istəyiriksə mütləq qalib gəlməliyik. Potensialımız var. Simurq üzərində qələbənin davamı gəlməlidir. Liderlərdən uzaq düşməmək üçün irəli getmək istəyirik. Bunun yeganə yolu əsas rəqiblər üzərində qələbə qazanmaqdır. Paytaxt derbisi bizim üçün vacib oyunlardan biridir.

- Rəqibin heyətində hansı futbolçunu fərqləndirə bilərsən?
- Flavinyonu demək olar. Amma axır vaxtlar, o həmin oyunu göstərmir. İlk vaxtlarda Flavinyo tam fərqli tərzdə oynayırdı. Rəşad Sadiqov və Araz Abdullayev yaxşı formadadır. Abdullayev meydanda əsas fiqurlardan biridir. Fikrimcə Neftçi iki-üç futbolçudan ibarət deyil. Onlar komanda oyunu ilə irəli gedir.

- Böyükağa Hacıyev vaxtı ilə Bakı klubunda çalışıb. Ola bilər ki, paytaxt derbisinə xüsusi hazırlaşsın...
- Futbolda belə hallar tez-tez olur. Mən özüm də “Neftçi”də oynamışam. Həmin vaxt Bakıya qarşı əzmlə meydana çıxaraq işimi layiqincə görmüşəm. İndiki halda da “Bakı”nın uğurları üçün mübarizə aparıram. Biz klubda məvacib alırıq, ona görə qarşılığını verməliyik. Böyükağa Hacıyevin dönəmindən çox şey dəyişib. O, “Neftçi”də uğurlarının sayını artırdı. Ona görə bu matça həmin prizmadan yanaşmaq olmaz. Amma etiraf edək ki, “Bakı” - “Neftçi” oyunu prinsipial xarakter daşıyır. Özü də “Xəzər Lənkəran” - “Neftçi” görüşündən az maraqlı deyil. Bəlkə də daha maraqlı oldu.

- Bakı avrokuboklara düşməsə, günahkar kim olacaq?
- Bu barədə danışmaq istəmirəm. Komandaya inanıram və ümid edirəm ki, avrokuboklara vəsiqə qazanacağıq. Əgər avrokuboklarda iştirak etməsən yaxşı olmayaq. Bu pis hal kimi qiymətləndiriləcək. Avrokuboklara düşməyəndə özümüzü kənarda hiss edirik. Çünki, yayda hamı avrokuboklardan danışır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.