11 fevral 2014 14:11
Mustafa Dənizli: Trabzonsporla bağlı heç nə bilmirəm
“Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli azerisport.az saytına açıqlamasında “Trabzonspor” klubu tərəfindən maraq dairəsində olduğu haqda məlumatla bağlı şərh verib:
“Bu barədə heç nə bilmirəm. Bununla bağlı mənimlə heç kim əlaqə saxlamayıb. Bu barədə yalnız sizdən öyrəndim. Mən müqaviləyə görə “Xəzər Lənkəran”la bağlıyam və yalnız bu klub haqda düşünürəm. Burada mənim etmək istədiyim və görülməli olan işlər var”.
Xatırladaq ki, bir qədər əvvəl Türkiyə KİV-i “Trabzonspor”un prezidenti İbrahim Hacıosmanoğlunun Dənizli ilə komandasının baş məşqçisi postuna gətirilməsi mövzusunda görüşəcəyi haqda məlumat yaymışdı.
