11 fevral 2014 13:05
Böyükağa Hacıyev: Əvəzolunmaz futbolçu yoxdur
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev azerisport.az saytına açıqlamasında Bakı ilə oyundan danışıb:
"İtkilərimiz çoxdur. Amma futbolda əvəzolunmaz futbolçu olmur. Cəzalı futbolçuları digərləri ilə əvəz edəcəyik. Əlbəttə, cəzalılar olmasaydı, daha yaxşı olardı. Lakin indiki halda bu vəziyyətdən çıxmalıyıq. Bu gündən Bakı ilə oyunun hazırlığına başlayırıq. Elə etməliyik ki, müdafiədə boşluqlar olmasın. Paytaxt derbisi hər zaman olduğu kimi maraqlı olacaq. “Neftçi”nin məqsədi yalnız qələbədir. Başqa nəticə bizi razı sala bilməz".
