10 fevral 2014 00:55

Zaur Ramazanov: Böyük oyunun nəticəsi daha çox digər komandaların işinə yaradı

Veteran futbolçu Zaur Ramazanov azerisport.az saytına açıqlamasında “Xəzər Lənkəran” - “Neftçi” görüşünün nəticəsinin daha çox digər komandaların işinə yaradığını söyləyib:
"İlk qolu “Xəzər Lənkəran” heç nədən buraxdı. Komanda ikinci hissənin son dəqiqələrində özünə gəldi. Son 10-15 dəqiqəni yaxşı oynadı və layiqli olaraq iki qol vurdu. Cənublular ilk dəqiqələrdən belə oynasaydı, oyun başqa tərzdə başa çatardı. “Xəzər Lənkəran”ın müdafiədə çoxlu sayda səhvə yol verməsi, komandanı narahat etməlidir. “Xəzər Lənkəran”ın son dəqiqələrdə iki qol vurması yaxşı haldır. Bu oyunun nəticəsindən daha çox digər klublar qazandı. İlk altılıqda olan komandalarla liderlər arasında xal fərqi azaldı. Oyunda göstərilən qırmızı vərəqələrə gəldikdə, Ağabalanın cəzalandırılması anlaşılmazlıq kimi oldu. Matçdan sonra qardaşımla danışdım. Özü də dedi ki, “Neftçi”nin 16 nömrəsi əli ilə onu yumruqla vurub. Ardınca “Neftçi”nin başqa futbolçusu Rahid Əmirquliyevi vurub. Ağabalanın dediyinə görə, bu epizodları hakim Rəhim Həsənov görüb və ona görə də dərhal onlara qırmızı vərəqə göstərdi. Ağabalanın qırmızı vərəqəsinin ləğv olunacağına inanıram".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.