10 fevral 2014 12:33
Subaşiç zədələnib
Futbol üzrə Türkiyə Birinci divizionunda 24-cü turun oyunu çərçivəsində millimizin hücumçusu Branimir Subaşiçin komandası “Orduspor” səfərdə “Manisaspor”un qonağı olub və 2:0 hesabı ilə qalib gəlib. Azerisport.az xəbər verir ki, Subaşiç start heyətində meydana çıxıb və görüşün 55-ci dəqiqəsində əvəzlənib.
İlkin müayinə futbolçunun ayağının arxa əzələsinin zədələnməsini müəyyən edib. Bu gün dəqiq diaqnoz məqsədi ilə Subaşiç maqnit-rezonans tomoqrafiyası müayinəsi keçəcək.
Qeyd edək ki, ikinci qolun vurulması zamanı məhz Subaşiç məhsuldar ötürmənin müəllifi olub.
