10 fevral 2014 12:22
Foqts braziliyalını bəyəndi
Topaz Premyer Liqasının XX turu çərçivəsində keçirilmiş “Xəzər Lənkəran” - “Neftçi” oyununu (2:2) izləyən Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsu “gəmiqayıranları”ın braziliyalı müdafiəçisi Villian Tyeqonun oyunu cəlb edib. Azerisport.az xəbər verir ki, alman mütəxəssis meydan sahiblərindən futbolçu haqda maraqlanıb.
Xatırladaq ki, Foqts oyunu 75-ci dəqiqədə, hesab 2:0 “Flaqman”ın xeyrinə olarkən tərk edib.
