10 fevral 2014 00:28
Subaşiç oynadı, komandası qazandı
Dünən futbol üzrə Türkiyə Birinci divizionunda 24-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, millimizin hücumçusu Branimir Subaşiçin komandası “Orduspor” səfərdə “Manisaspor”un qonağı olub və 2:0 hesabı ilə qalib gəlib.
Subaşiç start heyətində meydana çıxıb və görüşün 55-ci dəqiqəsində əvəzlənib.
Hazırda “Orduspor” yarış cədvəlində 45 xalla 4-cü pillədə qərarlaşıb.
