10 fevral 2014 00:22
Tuyqun Nadirov: Şükürov Neftçi və yığmaya hörmətsizlik nümayiş etdirdi
“Xəzər Lənkəran”nın vitse-prezidenti Tuyqun Nadirov azerisport.az saytına açıqlamasında TPL-in 20-ci turu çərçivəsində “Xəzər Lənkəran” və “Neftçi” arasında keçirilmiş oyunda (2:2) azarkeşlərə orta barmağını göstərmiş “Neftçi”nin müdafiəçisi Mahir Şükürovun bu hərəkəti ilə bağlı fikirlərini bildirib:
“Bu tərbiyəsiz hərəkəti şərh etmək istəməzdim. Ancaq bir şeyi deyim ki, öz hərəkəti ilə Şükürov nəinki bizim fanatlara, çıxış etdiyi “Neftçi” və yığmaya da hörmətsizlik nümayiş etdirdi.
