10 fevral 2014 00:11
Orxan Sadıqlı: Neftçi ilə heç-heçəyə şadam
“Xəzər Lənkəran”ın qapıçısı Orxan Sadıqlı azerisport.az saytına açıqlamasında TPL-in 20-ci turu çərçivəsində “Xəzər Lənkəran” və “Neftçi” arasında keçirilmiş oyunla (2:2) bağlı fikirlərini bildirib:
“Neftçi” ilə heç-heçəyə şadam. Özü də 0:2 hesabı ilə məğlub ikən, hesabı bərabərləşdirə bildik. Azarkeşlərə dəstəyə görə təşəkkür edirəm. Biz onların sayəsində məğlub olmadıq”.
