10 fevral 2014 11:40
Azarkeşlərə nümunəvi azarkeş ordusu
Topaz Premyer Liqasında mövsümün yeni rekordu qeydə alınıb. Azerisport.az xəbər verir ki, 20-ci turun “Xəzər Lənkəran” - “Neftçi” matçında qeydə alınan tamaşaçı sayı 2013/14 mövsümündə ən yüksək göstəricidir.
Belə ki, “Böyük oyun” adı ilə tanınan qarşılaşmanı 11000 tamaşaçı izləyib. Bu qarşılaşma 1-ci dövrənin Lənkəranda baş tutan “Böyük oyun”unu da arxada qoyub. Həmin matçı 10000 tamaşaçı izləmişdi.
Qeyd edək ki, cari mövsüm çempionatda ən çox tamaşaçı toplayan 5 oyunun hamısı Lənkəranda keçirilib.
|
Tur
|
Tarix
|
Oyun
|
Tamaşaçı sayı
|
|
20
|
09.02.2014
|
Xəzər Lənkəran - Neftçi
|
11000
|
|
4
|
25.08.2013
|
Xəzər Lənkəran - Neftçi
|
10000
|
|
11
|
27.10.2013
|
Xəzər Lənkəran - Qarabağ
|
7500
|
|
6
|
14.09.2013
|
Xəzər Lənkəran - Bakı
|
7100
|
|
2
|
11.08.2013
|
Xəzər Lənkəran - Simurq
|
7000
|
(PFL)
