10 fevral 2014 11:33

Orxan Sadıqlı: Biz öz meydanımızda Neftçini məğlub etməli idik

“Xəzər Lənkəran”ın qapıçısı Orxan Sadıqlı azerisport.az saytına müsahibəsində TPL-in 20-ci turu çərçivəsində “Xəzər Lənkəran” və “Neftçi” arasında keçirilmiş oyunla (2:2) bağlı fikirlərini bildirib:
 - Oyun haqda nə deyə bilərsiniz?
- Asan oyun gözləmirdik. Layiq olmadığımız qol buraxdıq. Ancaq sonra rəqibimizdən daha yaxşı oynamağa başladıq. Həmçinin, ikinci qol da bizi sıradan çıxarmadı. Allaha şükür, belə halda məğlub olmadıq. Ədalət bərqərar oldu.
- Ədalət nə üçün? Siz də hakimlərdən narazısınız?
- Yox. Məsələ bizim göstərdiyimiz oyundadır. Əgər ədalətli olsaq, biz məğlubiyyətə layiq oynamırdıq. Komanda yoldaşlarıma məğlubiyyətdən qaçdıqları üçün təşəkkür edirəm. Həmçinin, bizi belə yaxşı dəstəkləyən azarkeşlərə dəstəyə görə təşəkkür edirəm.
- Komanda səksən dəqiqədən çox hesabda geridə idi. Nə üçün daha tez qol vurmaq mümkün olmurdu?
- Bəxtsizlik. İlk qol sadəcə uşaqcasına alındı.
- İkinci hissənin ortalarında duman meydanı eynən örtəndə, oyunun yarımçıq dayandırılacağını düşünmürdünüz?
- Qolların necə vurulduğunu görmədim. Hətta öz cərimə meydançamı çətinliklə müşahidə edirdim. Biz AZAL-a qarşı belə şəraitdə oynamışıq. Düşünmürdüm ki, oyunu dayandıra bilərlər və yaxşı ki, bunu etmədilər. Hər kəs meydanın özünə aid hissəsini görürdü.
- Bu heç-heçəni “Xəzər Lənkəran” üçün qələbə adlandırmaq olar?
- Yox. Biz öz meydanımızda onları məğlub etməli idik. Çempionat “Neftçi” ilə oyunla bitmir. Qarşıda daha da çətin oyunlar var.
- Komanda yeni baş məşqçinin rəhbərliyi altında məğlubiyyətsizliyə davam edir...
- Biz ümumiyyətlə, daha yaxşı oynamağa başlamışıq. Ümid edirəm ki, mövsümün sonuna qədər belə də davam edəcəyik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.